AUT.AZ

“Fənər”in baş məşqçi postuna namizədlər – Siyahı hazırdır

Kiyev “Dinamo”sunun 77 yaşlı baş məşqçisi Mirça Luçesku “Fənərbağça”nın baş məşqçisi postuna namizədlər siyahısında yer alıb.

Aut.az xəbər verir ki, yaxın vaxtlarda portuqal mütəxəssis Xorxe Jezusun “bülbüllər”in düşərgəsini tərk edəcəyi gözlənilir.

“Fənərbağça” rəhbərliyi artıq baş məşqçi postuna üç potensial namizədin siyahısını hazırlayıb. Bir nömrəli namizəd “Adana Dəmirspor”dan italyan Vinçentso Montelladır.

Uğurlu mövsüm keçirməsinə baxmayaraq, o, çətin ki, hazırkı klubunda qalsın. Buna görə də “Fənərbağça” üçün onunla razılıq əldə etməyin çətin olmayacağı bildirilir.

Türkiyə mətbuatı ikinci əsas namizəd kimi “Trabzonspor”dan ayrıldıqdan sonra bu ilin mart ayından işsiz qalan 59 yaşlı Abdulla Avçının adını çəkir.

Mirça Luçesku üçüncü namizəd kimi görünür. Onun “Fənərbağça”ya gəlişi hazırda çətin görünsə də, rumıniyalının dəvət olunması variantı İstanbul klubunun rəhbərlər üçün hələ də masada qalır.

Aut.az

Exit mobile version