AUT.AZ

Belə vidalaşdı: Bu iki gözəl il üçün…

PSJ-nin müdafiəçisi Serxio Ramos 2021-ci ilin yayından bəri çıxış etdiyi komanda və Fransa paytaxtı ilə vidalaşıb.

Aut.az xəbər verir ki, Ramos bu barədə “Twitter”də yazıb.

“Sabah (3 iyun, şənbə) xüsusi gündür. Sabah həyatımın daha bir mərhələsi ilə vidalaşıram, PSJ ilə vidalaşıram. Bilmirəm, özünüzü neçə yerdə evdəki kimi hiss edə bilərsiniz, amma şübhəsiz ki, PSJ, onun azarkeşləri və şəhər sayəsində Paris mənim üçün o yerlərdən biridir.

Bu iki gözəl il üçün sizə təşəkkür edirəm. Bu müddət ərzində bütün turnirlərdə iştirak edə və hər şeyimi verə bildim. Mən yeni çağırışları qəbul edəcəyəm. Başqa rənglərdə oynayacağam, amma ilk növbədə və sonuncu dəfə “İrəli, Paris!” deyirəm” – deyə 37 yaşlı müdafiəçi yazıb.

Aut.az

Exit mobile version