AUT.AZ

“Barselona” ÇL-in qalib oldu

Qadınlar arasında Çempionlar Liqasının finalı baş tutub. Aut.az xəbər verir ki, finalda “Barselona” və “Volfsburq” komandaları qarşılaşıb.

Kataloniyalı qızlar favorit sayılsalar da, ilk hissədə iki qol vuran “Volfsburq” qalib gəlmək üçün hər şansa malik idi. Ancaq ikinci hissədə “Barselona” vəziyyəti dəyişib.

Komanda üç qol vuraraq  ikinci dəfə Çempionlar Liqasının qalibi oldu.

Qadınlar arasında Çempionlar Liqası: Final

“Barselona” 3:2 “Volfsburq”

Qollar: Qutyerrez 48, 50, Rolfo 70 – Payor 3, Popp 37.

Aut.az

Exit mobile version