AUT.AZ

Bətnindəki uşağın cinsini açıqladı – FOTO

Yaponiyalı tennisçi Naomi Osaka bətnindəki uşağının cinsini açıqlayıb.

Aut.az xəbər verir ki, Osaka bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, “Kiçik şahzadə yoldadır” yazılmış bannerin fonunda dayanaraq şəkil çəkdirib.

Eyni zamanda, bütün ətraf da çəhrayı fona bürünüb.

Naomi Osakanın WTA turnirlərində 7 kuboku var, o cümlədən o, 4 “Böyük Dəbilqə” turnirinin qalibidir, bir müddət dünyanın bir nömrəli tennisçisi olub.

Aut.az

Exit mobile version