AUT.AZ

Azarkeş futbolçunu döydü, matç təxirə salındı

Fransa 2-ci liqasında gözlənilməz hadisə baş verib.

Aut.az xəbər verir ki, “Bordo” doğma meydanda “Rodez” klubunu qəbul edib. Matçın 22-ci dəqiqəsində qonaq komandanın futbolçusu Luka Buade hesabı açıb. Bundan sonra tribunada olan azarkeşlərdən biri futbolçuya hücum edib və onu zərbə ilə yerə yıxıb. Oyunçuya dərhal tibbi yardım göstərilib, onun kəllə-beyin travması aldığı bildirilib.

Hadisəyə görə oyun təxirə salınıb. Sona 2 tur qalmış “Bordo” turnir cədvəlində 3-cü yerdədir və Liqa-1-ə düşmək üçün mübarizə aparır.

Exit mobile version