“Vulverhempton” hücumçu Dieqo Koşta və yarımmüdafiəçi Joao Moutinyonun klubdan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin idman direktoru Mett Hobbs adıçəkilən futbolçularla müqavilələrin yenilənmədiyini bildirib.
36 yaşlı Moutinyo 2018-ci ildən “canavarlar”ın formasını geyinirdi. Bu müddət ərzində o, 212 oyuna çıxıb, 5 qol vurub və 25 məhsuldar ötürmə edib.
34 yaşlı Koşta isə keçən ilin sentyabrında Premyer Liqa klubuna qoşulub. 2022/23 mövsümündə o, 25 oyuna çıxıb və bir qol vurub.