AUT.AZ

“Şah” özbəklə qarşılaşacaq

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

Aut.az xəbər verir ki, 38 yaşlı qrossmeyster 4-cü turda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gələcək.

Məmmədyarov 2,5 xalla 9-cu pillədə qərarlaşıb. 4 xala malik Abdusattorov niderlandlı Aniş Giri ilə 5-6-cı yerləri bölüşdürür.

“Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Exit mobile version