AUT.AZ

Rəşad Sadıqov 6 futbolçudan imtina etdi – hələ ki…

“Zirə” 6 futbolçu ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə vidalaşıb. Onların mövsümün sonunda bitən müqavilələri yenilənməyib.

Ayrılanlardan Keytanın “Qarabağ”a keçəcəyi artıq dəqiqləşib. O, iyunun 10-da yeni komandasının düşərgəsinə qoşulacaq və bundan sonra onun transferi rəsmən elan olunacaq.

Mehdi Cənnətov isə sabiq klubu “Sumqayıt”la şifahi şəkildə anlaşıb.

Exit mobile version