AUT.AZ

İstanbul derbisinin hakimləri bilindi

Türkiyə Super Liqasının XXXVII turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununun hakimi məlum olub.

Aut.az xəbər verir ki, derbini Abdulkadir Bitigen idarə edəcək. Yan xətt hakimləri Mustafa Savranlar və Süleyman Özay olacaq. Dördüncü hakim funksiyasını Arda Kardeşler yerinə yetirəcək.

İyunun 4-də keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyunu saat 20:00-da başlayacaq.

“Qalatasaray” ötən tur çempionluğunu rəsmiləşdirib.

Exit mobile version