AUT.AZ

İllik maaşın 60 faizini bağışlayıb getdi

“Barselona”nın müdafiəçisi Jordi Alba dünən – iyunun 1-də təşkil olunan xüsusi şouda komanda ilə müqaviləsinə xitam verib, futbolçularla və azarkeşlərlə vidalaşıb.

Aut.az xəbər verir ki, ayrılmazdan əvvəl 34 yaşlı futbolçu illik maaşının 60%-ni kluba bağışlayıb. Bu barədə jurnalist Fernando Polo “Tvitter” hesabında məlumat verib.

34 yaşlı Alba “Barselona”nın yetriməsidir. “Barsa”nın  heyətində 459 matçda 27 qol vuran müdafiəçi 99 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatırdı, lakin tərəflər əməkdaşlığa vaxtından əvvəl xitam verməyə razılaşıblar.

Aut.az

Exit mobile version