AUT.AZ

Dünyanın ən yaxşı məşqçisinin adını açıqladı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland dünyanın ən yaxşı məşqçisinin kim olduğu haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Erlinq “şəhərlilər”in çalışdırcısı Xosep Qvardiolanı fərqləndirib.

“Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Məşqçi, klubdakı insanlar, komanda yoldaşlarım sayəsində çox inkişaf etdim… Düşünürəm ki, düzgün istiqamətdə irəliləyirəm və bu çox vacibdir, çünki hələ çox gəncəm. Mənim 22 yaşım var və qarşıda məni uzun karyera gözləyir.

Daha da inkişaf etmək üçün vaxtım var. Bir il əvvəl daha yaxşı oyunçu olmaq üçün hara getməli olduğum barədə çox düşündüm və indi məlum olur ki, düzgün qərar vermişəm”, – ESPN Haalanddan  sitat gətirib.

Aut.az

Exit mobile version