AUT.AZ

Dünən ayrılıb, bu gün 3 elçisi var

“Barselona”dan ayrılan Jordi Alba, böyük ehtimalla, qısa vaxtda özünə yeni klub tapacaq.

Aut.az xəbər verir ki, Alba ilə Avropanın bir neçə klubu maraqlanır. İspaniyadan “Atletiko”, İtaliyadan “İnter”, Portuqaliyadan isə “Benfika” onun xidmətində maraqlıdır.

Bu barədə “tvitter”də jurnalist Fernando Polo məlumat verib.

Albanın azad agent statusunda olması onun müştərilərinin sayının artacağını deməyə əsas verir.

Jordinin “Barsa” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatırdı. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

 Aut.az 

 

Exit mobile version