AUT.AZ

Dilini dinc qoymadı, iş açdılar

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı araşdırmaya başlayıb.

Aut.az xəbər verir ki, Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə keçirilən oyundan sonra qarşılaşmanın baş hakimi Teyloru təhqir etməkdə ittiham olunur.

Matçdan sonra Mourinyo “Puşkas Arena”nın dayanacağında ingilis hakimin üstünə qışqıraraq deyib: “Biabırçılıqdır, sən biabırçısan”.

Oyundan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis “hakimin ispan kimi göründüyünü” bildirib və qeyd edib: “Ümid edirəm ki, hakim bu gün etdiyi axmaqlığı ilə  Çempionlar Liqasında qalacaq və bizi Avropa Liqasında rahat buraxacaq”.

UEFA Mourinyoya qarşı “matç rəsmisinin ünvanına təhqiramiz ifadələr işlətdiyi” üçün intizam işi açıb.

Aut.az

Exit mobile version