AUT.AZ

Ayda 4 dəfə cinsi əlaqə? – Beləsi onun komandasında ola bilməz

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ispanların orta hesabla ildə 56 dəfə cinsi əlaqədə olduqlarını müəyyən edən  araşdırmanın nəticələrini şərh edib.

“Nə qədər? İldə 56 dəfə? Bu, ayda nə qədər edir? Dörd dəfə. Yox. Ayda 4 dəfə cinsi əlaqədə olan futbolçu mənim komandamda oynaya bilməz”, – deyə Simeone bildirib.

Dieqo Simeone 2011-ci ilin sonundan “Atletiko”nu çalışdırır. La Liqanın son turundan əvvəl komanda turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Aut.az

Exit mobile version