AUT.AZ

A seriyasının ən yaxşısı gürcü seçildi

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya çempionatının 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, bu barədə  A Seriyasının rəsmi saytı məlumat yayıb.

Reytinq “Hawk-Eye” sistemindən istifadə etməklə “Stats Perform” təhlilinə əsaslanır. Reytinq sistemi təkcə statistik məlumatları və texniki-taktiki hərəkətləri deyil, həm də mövqe məlumatlarını nəzərə alır. Bu, topsuz hərəkət, mövqeləşdirmə, komandanın texniki və fiziki səmərəliliyinə töhfə kimi mühüm aspektləri təhlil etməyə imkan verir ki, bu da nəticəni obyektiv və keyfiyyətcə qiymətləndirməyə imkan yaradır.

Kvaratsxeliyanın digər oyunçuları üstələməsinə imkan verən əsas xüsusiyyətlər arasında aşağıdakı məlumatlar var:

– A Seriyasında son 5 ilin rekordu olan 94,8% texniki səmərəlilik Avropa səviyyəsinin ən yaxşı hücumçularına uyğundur;

– 17 matçda fiziki effektivliyi 95%-i keçib.

Aut.az

 

Exit mobile version