AUT.AZ

Son oyunda niyə meydana çıxmayıb?

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Əl Nəsr”də mövsümün son oyununda meydana çıxmamağının səbəbi bəlli olub.

Aut.az xəbər verir ki, Roanldo zədə səbəbindən oynamayıb. O, “Əl Fateh”lə mövsümün son oyununa 4 gün qalmış əzələsindən zədə alıb. Bu barədə ESPN məlumat yayıb.

Zədəsini nəzərə alaraq, məşqçilər korpusu ona Portuqaliya millisinin düşərgəsinə yollanmazdan öncə istirahət və bərpa vaxtı veriblər.

Qeyd edək ki, Ronaldosuz “Əl-Nəsr” “Əl-Fateh”i 3:0 hesabı ilə məğlub edib.

Aut.az

Exit mobile version