AUT.AZ

Şahruddin: Ramil Şeydayevi orada qiymətləndirmədilər

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına verdiyi müsahibədə komanda yoldaşı Ramil Şeydayev haqda da danışıb.

Aut.az xəbər verir ki, Şahruddin “Zenit”in yetirməsi olan Ramil Şeydayevin necə inkişaf etdiyini belə şərh edib:

“O, burada doğmadır. Onu burada sevirlər. Bunun sayəsində Ramil inkişaf etdi. Şeydayev çox ciddi futbolçudur, sadəcə ona inanmaq lazımdır. Azərbaycanda o, açıldı, amma düzgün işləsə, əminəm ki, daha da yüksək səviyyəyə qalxa bilə. Məncə, indi o, potensialının 50-60 faizini nümayiş etdirir.

Özüm haqqında heç nə deyə bilmərəm, amma düşünürəm ki, Şeydayevi Rusiyada qiymətləndirmədilər. Əminəm ki, o, müasir “Zenit”də özünə yer edə bilərdi”.

Aut.az

Exit mobile version