AUT.AZ

PSJ təkzib etdi: Qaltye elə deməyib

PSJ baş məşqçisi Kristof Qaltyenin açıqlaması ilə bağlı bəyanat yayıb.

Qeyd edək ki, Qaltye mətbuat konfransında bildirmişdi ki, “Klermont”la oyun Messi üçün PSJ-də sonuncu olacaq.

Aut.az xəbər verir ki, PSJ-nin yaydığı bəyanatda məşqçinin fikirlərini düzgün çatdırmadığı bildirilir:

“Kristof Qaltye fikirlərini düzgün ifadə etməyib. Sizi əmin etmək istəyirik ki, o, “Klermont”la matçın bu mövsüm Messi və PSJ üçün sonuncu olacağını nəzərdə tutub”.

Aut.az

Exit mobile version