AUT.AZ

“Kəpəz” 50 minə görə liderini itirdi – Hansı kluba keçir?

 “Kəpəz”in əsas üzvlərindən biri olan Fərid Nəbiyevin Gəncə təmsilçisindəki gələcək taleyinə aydınlıq gəlib.

Aut.az-ın əldə etdiyi məlumata görə, o, “sarı-göylər”dən ayrılmaq məcburiyyətində qalıb. Səbəb 23 yaşlı futbolçu ilə bağlı deyil. “Kəpəz” onunla müqaviləni yeniləmək üçün Nəbiyevin sabiq klubu “Viktoriya Jıjkov”a təzminat ödəməlidir.

Çexiya təmsilçisi Fəridlə müqaviləyə xitam verərkən, şərt kəsib. Bildirilib ki, o, “Kəpəz”lə bir illik müqaviləsini yeniləyərsə, 50 min avro təzminat ödənməlidir. Futbolçu başqa klubla anlaşacağı halda heç bir ödəniş olmayacaq. Gəncə təmsilçisinin rəhbərliyi isə sözügedən məbləği ödəmək istəmədiyindən, futbolçu ilə yollar ayrılıb. Baş məşqçi Tərlan Əhmədov da rəhbərlikdən onun komandada saxlanılmasını istəyib. Ancaq “Kəpəz” bu transfer üçün ödəniləcək pulu tapa bilməyib.

Hazırda yerli transfer bazarında Fərid Nəbiyevə böyük maraq var. “Qəbələ”, “Sumqayıt”, “Turan Tovuz”, “Səbail”, “Zirə” və “Neftçi” onun xidmətində maraqlıdır. 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün adı çəkilən ilk üç klub daha fəaldır.

Aut.az

Exit mobile version