AUT.AZ

Benzema açıqlama yaydı: Bəyan edirəm ki…

“Real”ın hücumçusu Kərim Benzema klubdan ayrılacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.

Aut.az xəbər verir ki, Benzema” “Marca”ya açıqlamasında klubda qalacağına işarə edib:

“Real”la müqavilə imzalayanda 21 yaşım var idi. Mən ancaq zövq almaq və kuboklar qazanmaq haqqında düşünürdüm və sonda görürəm ki, tarixin ən yaxşı klubu olan “Real”da çox şey qazanmışam. Dünyada “Real” kimi komanda yoxdur.

İşimlə fəxr edirəm və bu komandada hər anımdan həzz alıram. Valdebebasa adi məşq üçün getmirsən. Qəlbən zövq alırsan.  Dünən, bu gün və sabah da məşqdə. Mənim gələcəyim? Şənbə günü oyunum var, sabah məşq edirəm, ona görə də indi Madriddəyəm. Nədən  danışım? Gələcək haqqında? Mən “Real”dayam. Bəyan edirəm ki, internetdə yazılanların reallıqla əlaqəsi yoxdur”.

Aut.az

Exit mobile version