AUT.AZ

“Barsa” üçün ŞOK xəbər: İki müfəttiş bu qənaətə gəldi ki…

UEFA-nın etika və nizam-intizam komitəsi tərəfindən Neqreyra işini araşdırmaq üçün təyin edilmiş iki müfəttiş Kataloniya Barselonasının bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalı olduğu qənaətinə gəlib.

Aut.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, müfəttişlər artıq hesabatlarını UEFA-ya təqdim ediblər. “Barselona”nın avrokuboklarda iştirakı ilə bağlı qərar yaxın 10 gün ərzində verilməlidir. Çünki artıq iyunun 12-də UEFA növbəti Çempionlar Liqasının iştirakçılarının tərkibini təsdiqləməlidir.

Qeyd olunur ki, UEFA prezidenti Aleksander Çeferin artıq müfəttişlərin hesabatlarını öyrənib. Bildirilir ki, iki variant var: “Barselona”ya qarşı iş açıb İspaniya ədalətinə etibar etmək, ya da klubu bir il müddətinə Çempionlar Liqasından kənarlaşdırmaq.

Aut.az

Exit mobile version