AUT.AZ

Məşhur futbolçu səfir oldu: beş barmağım kimi tanıdığım…

2019-cu ilin əvvəlində futboldan ayrılan “Şaxtyor”, “Arsenal” və Xorvatiya millisinin sabiq hücumçusu Eduardo da Silva dövlət qulluqçusu olmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, 40 yaşlı Eduardo sosial şəbəkədəki səhifəsində bundan sonra Xorvatiyanın Braziliyadakı fəxri konsulu olacağını açıqlayıb.

“Bu rolda mən San-Pauludakı xorvatlara və xorvat şirkətlərinə kömək edəcəyəm, bu bölgədəki hər kəs üçün beş barmağım kimi tanıdığım qapılar və imkanlar açmaq istəyirəm”, – deyə Eduardo yazıb.

Aut.az

Exit mobile version