AUT.AZ

Məşhur futbolçu haqda həbs qərarı verildi

Braziliya məhkəməsi “Los-Anceles Qelaksi”nin  yarımmüdafiəçisi Duqlas Kosta haqda həbs qərarı verib.

Aut.az xəbər verir ki, Kosta keçmiş həyat yoldaşına aliment ödəmədiyi üçün bu qərar çıxarılıb. Bu barədə GZH məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kosta Braziliyaya qayıdandan dərhal sonra polis tərəfindən saxlanılacaq. Futbolçunun vəkili məhkəmənin bu qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

32 yaşlı Duqlas Kosta “Şaxtyor”, “Bavariya” və “Yuventus”dakı çıxışı ilə tanınır. Bu mövsüm o, “Los-Anceles Qelaksi”də 4 oyun keçirib və qol vurmayıb.

Aut.az

Exit mobile version