AUT.AZ

Klubsuz qaldı

Portuqaliyalı futbolçu Nani Avstraliya “Melburn Viktori”sindən ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Daha əvvəl “Mançester Yunayted”, “Sportinq”, “Fənərbaxça” kimi klublarda çıxış edən Nani 2022-ci ilin yayından “Melburn Viktori”də forma geyinirdi.

Exit mobile version