AUT.AZ

Finalçılar müəyyənləşdi

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

Aut.az xəbər verir ki, iki oyundan ibarət olan dueldə “Zirə” “Qarabağ” kollektivinə qalib gələrək finala vəsiqə qazanıb – 2:1; 3:2.

Digər yarımfinal matçında son çempion “Birbaşa Bakı” rumınyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında “Bakı”dan üstün olub – 4:0; 3:2.

Ötən mövsüm olduğu kimi həlledici qarşılaşmada “Zirə” və “Birbaşa Bakı” üz-üzə gələcək.

Finalın hansı tarixdə olacağı hələlik dəqiqləşməyib.

Exit mobile version