AUT.AZ

Fərli qız neynir milyarder atanın sərvətini: belə qazanır – FOTO

Cessika Pequla dünyanın ən yaxşı tennisçilərindən biri hesab edilir. Amerikalı idmançı indiyədək fərdi yarışlarda cəmi iki WTA titulu qazanıb. Lakin böyük turnirlərdəki yaxşı nəticələri ona dünya reytinqidə üçüncü olmağa imkan verir.

Pequla Nyu-Yorkun Buffalo şəhərində milyarder Terrens Pequlanın ailəsində anadan olub. Terrinin Qərbi Virciniyada neft və qaz şirkəti var. O, eləcə də ABŞ idmanında müxtəlif aktivlərə sahib olan iş adamlarından biridir. “Pequla Sports and Entertainment” şirkəti, NHL-də çıxış edən “Buffalo Sabers” və NFL-də mübarizə aparan “Buffalo Bills” klubları Cessikanın atasına məxsusdur. “Forbes” jurnalının dünyanın ən varlı adamlarının son siyahısında Terri 365-ci sırada qərarlaşıb. Onun varidatı 6,7 milyard dollar olaraq qiymətləndirilir.

29 yaşlı raketka ustasının özü Pittsburq Universitetində kommunikasiya üzrə təhsil alıb. Ancaq o, ixtisası üzrə fəaliyyət göstərməyib. Əslində buna imkanı da olmayıb. Tələbə olduğu müddətdə müxtəlif yarışlara qatılan xanım idmançı xeyli inkişaf edib. O, universiteti bitirdiyi 2015-ci ildə WTA-in Böyük Dəbilqə yarışlarında debüt edib. Söhbət nüfuzlu və ABŞ-ın açıq çempionatı hesab edilən “US Open”dən gedir.

O, ilk böyük turnirində 2 mərhələ adladı. Ancaq debüt etdiyinə görə çıxışı heç də pis qiymətləndirilmədi. Həm də bu, onun üçün yaxşı təcrübə oldu. Cessika 3 il sonra “Canadian Open”də qadınların fərdi yarışlarında həlledici görüşə vəsiqə qazandı. Bu, onun ilk finalı idi. 2019-cu ilin fevralında Pequla daha bir uğura imza atdı. WTA-nin qadınlar arasında açıqladığı reytinq sıralamada top 100-ə daxil oldu.

Cəmi 2 il sonra artıq WTA reytinqinin ilk 20-liyində idi. 2022-ci ildə Cessika Qvadalaxaradakı yarışın finalında ilk tituluna qovuşdu. 2022-ci ilin oktyabrında açıqlanan sıralamada isə onun dünyanın üç nömrəli tennisçisinə çevrildiyi məlum oldu.

Bu il onun üçün uğurlu başladı. Yanvarın əvvəlində ABŞ komandasının heyətində “United Cup” turnrinin qalibi oldu. Yarımfinalda Pequla dünyanın bir nömrəsi İqa Sviontekə hər iki setdə qalib gəlməyi bacardı.

Cessika Pequlanın, ailəsindən miras ala biləcəyi məbləği nəzərə almasaq, hazırda onun sərvəti təxminən 7,1 milyon dollar olaraq qiymətləndirilir. Amerikalı idmançı karyerası ərzində 8,974,956 dollar pul mükafatı qazanıb. Pequlanın “Yonex”, “Adidas” və “Ready Nutrition” şirkətləri ilə müqavilələri var. Öz isə “Ready 24”ün sahibidir.

Şəxsi həyatına gəlincə, Pegula uzun müddət dostluq etdiyi Taylor Qahagen ilə 2021-ci ildə ailə həyatı qurub. Qahagen ixtisasca investisiya analitikidir və Pegula ailəsinə məxsus “Sports and Entertainment” şirkətinin əməkdaşıdır. (Publika.az) 

 

Exit mobile version