AUT.AZ

“Fənərbaxça” da Bakıya gəlir

“Zirə” Futbol Klubu, həmçinin Azərbaycan Mini-futbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.

Aut.az xəbər verir ki, klubun ofisində keçirilən görüşdə AMF-nin və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri iştirak ediblər. Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Exit mobile version