AUT.AZ

Dünyanın ən bahalı klubları – Siyahı

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb.

Aut.az xəbər verir ki, siyahını “Forbes” nəşri tərtib edib.

Nüfuzlu nəşr “Real”ı planetin ən bahalı klubu kimi tanıyıb. “Kral klubu” 5,68 milyard avro dəyərində qiymətləndirilir. Reytinqdə ikinci yeri “Mançester Yunayted” (5,62 milyard avro) tutub. “Beşlik”də  həmçinin “Barselona” (5,16 milyard avro), “Liverpul” (4,95 milyard avro) və “Mançester Siti” (4,67 milyard avro) də yer alıb.

Dünyanın ən bahalı 10 komandası arasında yer alan digər klublar arasında Almaniya və Fransa futbolunun nəhəngləri – “Bavariya” (4,55 milyard avro) və PSJ (3,94 milyard avro), eləcə də İngiltərə Premyer Liqasının təmsilçiləri – “Çelsi” (2,9 milyard avro), “Tottenhem” (2,62 milyard avro) və “Arsenal” da  (2,12 milyard avro) var.

Aut.az

 

Exit mobile version