AUT.AZ

Buffonu əvəzlədi, komanda çökdü

B Seriyasının pley-off mərhələsinin ilk yarımfinalında “Kalyari” öz meydanında “Parma”nı 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “Unipol Domus” stadionunda baş tutan oyunun ilk hissədə qonaqlar iki qol vurub. Lakin ikinci hissədə Klaudio Ranyerinin rəhbərlik etdiyi “Kalyari” 3 qol vuraraq qələbə qazanıb.

Maraqlıdır ki, fasilədə “Parma”nın baş məşqçisi Fabio Peçkia qapıçının əvəzləyib: Canluici Buffonun əvəzinə meydana Leandro Çiçisola daxil olub. Bundan sonra “Parma” çöküb.

Cavab oyunu iyunun 3-də Parmada olacaq.

Aut.az

Exit mobile version