AUT.AZ

Bu şərti qəbul etsə, Bakıya gələ bilər

Rusiyalı qrossmeyster Sergey Karyakin Azərbaycanda keçiriləcək şahmat üzrə Dünya kubokuna dəvət edilib.

Aut.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) yarışda iştirakla bağlı idmançıya məktub göndərib. Bu barədə TASS məlumat yayıb.

Ancaq FİDE Karyakinin qarşısına bir tələb qoyub. Ona ölkəsinin bayrağı altında çıxış etməyə icazə verilməyəcəyi bildirilib. 33 yaşlı qrossmeyster Bakıda yalnız neytral statusda iştirak edə bilər.

Karyakin hələ qurumun dəvətinə cavab verməyib. O, yarışa qatılıb-qatılmayacağı ilə bağlı qərarını iyunun 2-nə qədər bildirməlidir. Şahmatçı daha əvvəl Rusiya mətbuatına verdiyi açıqlamalarda beynəlxalq turnirlərdə neytral bayraq altında iştirakdan imtina edəcəyini bildirib.

Qeyd edək ki, Dünya kuboku 29 iyul – 26 avqust tarixləri arasında paytaxtımızda təşkil olunacaq.

Exit mobile version