AUT.AZ

“Qarabağ”ın bütün potensial rəqibləri – Siyahı

Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi yüksək reytinqə malik komandaların olduğu “səpələnmişlər” səbətində yer alıb. “Qarabağ” bu siyahıda yalnız “Ferensvaroş”dan geri qalmaqla ikinci sıradadır.

“Qarabağ”ın rəqibi “səpələnməmişlər” səbətinə düşən komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycanda çempionları bir-biri ilə düşə bilməyəcək.

Püşkatma mərasimi iyunun 20-də, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

“Qarabağ”ın püşkatmadakı potensial rəqibləri:

“Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya)

Dörd komandanın iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi;

“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino) , “Atletik” (Andorra)

Exit mobile version