AUT.AZ

“Qalatasaray” çempion!

Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Aut.az xəbər verir ki, lider “Qalatasaray” Ankarada “Ankaragücü”nün qonağı olub. İstanbul nəhəngi inamlı qələbə qazanıb – 4:1.

Bu qələbədən sonra “aslan” çempionluğu vaxtından əvvəl təmin edib. “Qalatasaray” 34 oyundan 82 xal toplayıb. “Cim-bom”un meydana çıxmadan “Hatayspor”dan 3 xal əldə edəcəyini nəzərə alsaq, rəqibləri üçün əlçatmaz olub.

İkinci pillədə qərarlaşan “Fənərbaxça” da turu qələbə ilə başa vurub. “Bülbül” “Antalayaspor”u məğlub edib – 2:0. Mahir Şükürovun komandası “Konyaspor” isə səfərdə “Sivasspor”a məğlub olub – 0:1. Mahir Emreli start heyətində meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

Aut.az

 

 

Exit mobile version