AUT.AZ

Prezidentə Messi haqda nə deyib?

Xavi Lionel Messinin “Barselona”ya kömək edə biləcəyini düşünür.

Aut.az xəbər verir ki, Xavi “yenidənqurma haqqında söhbətin getdiyi bir vaxtda Messini qaytarmağın mənası varmı?” sualına belə cavab verib:

“Bəli, mənim üçün məna kəsb edir. Mən bu klubda futbola rəhbərlik edirəm və şübhə etmirəm ki, Messi qayıdarsa, bizə futbol səviyyəsində kömək edəcək. Bu barədə mən prezidentə məlumat vermişəm.

Hələ də oyunların taleyini həll etdiyinə, hələ də qələbələrə ac olduğuna, hələ də lider olduğuna və hələ də müstəsna futbolçu olduğuna görə onun bizə kömək edəcəyinə şübhəm yoxdur”.

Aut.az

 

Exit mobile version