AUT.AZ

Ona zəng etdi: İnandırmaq istəyir ki…

Tomas Tuxel Deklan Raysı “Bavariya”ya keçməyə inandırmaq üçün cəhd göstərir.

Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, Tuxel bir neçə gün əvvəl “Vest Hem”in yarımmüdafiəçisinə zəng edib. Həm alman, həm də ingilis bir-birinə hörmət edir. Futbolçu Bundesliqa klubuna keçməyin əleyhinə deyil.

“Arsenal”ın da Raysla ciddi maraqlanması fonunda “Bavariya” transfer üzərində işi gücləndirmək niyyətindədir.

Yarımmüdafiəçi Premyer Liqada 2022/23 mövsümündə 37 oyunda 4 qol vurub.

Aut.az

Exit mobile version