AUT.AZ

Məşhur futbolçu narkotik daşıyırmış

“Spartak”ın niderlandlı futbolçusu Kvinsi Promes narkotik qaçaqmalçılığında ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə “Het Parool” məlumat verib. Prokurorluq “Spartak”ın yarımmüdafiəçisinin iki partiyanın – çəkisi 650 və 720 kq kokainin daşınmasının təşkilində iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verib. Narkotiklər 2020-ci ildə Antverpendə ələ keçirilib.

Qeyd olunur ki, polis qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işin araşdırılması zamanı niderlandlı oyunçunun telefonunu dinləyib.

Daha əvvəl bildirilmişdi ki, Promes 2019-cu ildə 400 kq kokain partiyasının itkisinə görə narkotik satıcısına 250 min avro ödəyib.

Aut.az

Exit mobile version