AUT.AZ

Kaladze Avropa İttifaqını şantaj etdi

Kiyev “Dinamo”nun və “Milan”ın keçmiş futbolçusu, hazırda isə Tbilisinin meri, Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının üzvü Kaxa Kaladze ölkəsinin Rusiyaya qarşı sanksiyalara nə vaxt qoşula biləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Kaladze bunun üçün Avropa İttifaqı qarşısında şərt irəli sürüb:

“Gürcüstan hələ Aİ-nin üzvü deyil. Biz Avropaya can atan və inteqrasiyanı arzulayan müstəqil, suveren ölkəyik. Statusumuz olanda və Avropa Birliyinə üzv qəbul ediləndə, təbii ki, ümumi maraqlara cavab verən qərarlar qəbul edəcəyik”.

Aut.az

 

Exit mobile version