AUT.AZ

İtaliya millisinin heyəti açıqlandı

İtaliya millisinin UEFA Millətlər Liqasının “dördlər finalı” üçün heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Roberto Mançini İspaniya ilə oyun üçün bu futbolçulara dəvət göndərib:

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Quqlielmo Vikario (“Empoli”);

Müdafiəçilər: Federiko Basşirotto (“Lecce”), Leonardo Bonucci (“Yuventus”), Alessandro Buonqiorno (“Torino”), Covanni Di Lorenzo (“Napoli”), Alessandro Florenzi (“Milan”), Federiko Qatti (“Yuventus”), Leonardo Spinazzola (“Roma”), Rafael Toloi (“Roma”);

Yarımmüdafiəçilər: Brayan Kristante (“Roma”), Davide Frattesi (“Sassuolo”), Jorjinyo (“Arsenal”), Manuel Lokatelli (“Yuventus”), Lorenzo Pelleqrini (“Roma”), Matteo Pessina (“Montsa”), Marko Verratti (PSJ), Nikolo Zaniolo (“Qalatasaray”);

Hücumçular: Domeniko Berardi (“Sassuolo”), Federiko Kyeza (“Yuventus”), Denyan Nyonto (“Lids”), Çiro İmmobile (“Latsio”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Tiqr”), Mattia Zakkani (“Latsio”).

Mançininin komandası iyunun 15-də İspaniya ilə qarşılaşacaq. Qalib Xorvatiya və ya Niderland yığması ilə üz-üzə gələcək.

Exit mobile version