AUT.AZ

Finlandiya Latviya millisinə cinayət işi açdı

Finlandiyada hokkey üzrə dünya çempionatı zamanı oyun formasında Estoniya bukmeker kontorunun loqosunun yerləşdirilməsi ilə bağlı Latviya milli komandasına qarşı cinayət işi açılıb.

Aut.az xəbər verir ki, bu barədə “Iltalehti” məlumat yayıb.

Finlandiya qanununa əsasən yalnız “Veikkaus” şirkəti ölkədə qumar oyunlarını reklam edə bilər. Finlandiyada xarici bukmeker kontorlarının reklamı qadağandır.

Ölkənin Daxili Polis İdarəsi mayın 29-da Latviya geyimi ilə bağlı cinayət işi qaldırıb.

Dünya çempionatı Latviya və Finlandiyada keçirilib. Latviya hokkeyçiləri tarixdə ilk dəfə dünya üstünlüyünün medallarını qazanıblar.

Üçüncü yer uğrunda görüşdə Latviya millisi ABŞ yığmasını məğlub edərək bürünc medalların sahibi olub. Görüş əlavə vaxtda 4:3 hesabı ilə Latviya millisinin xeyrinə başa çatıb. Finlər turnirin yarımfinalına yüksələ bilməyiblər. Kanadalılar dünya çempionu olublar.

Exit mobile version