AUT.AZ

Enrikeyə təminat verib: Onlar qalacaq

“Barselona”nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin “Napoli”yə hansı şərtlərlə “hə” dediyi bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb. Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssisin “Napoli”də maaşı mövsümdə 8 milyon avro olarsa, neapolluların təklifini qəbul edəcək.

Həmçinin klub prezidenti Aurelio De Laurentis Enrikeyə vəd edib ki, Kim Min Ce komandadan ayrılacağı təqdirdə, “Villarreal”ın  müdafiəçisi Pau Torres ilə müqavilə imzalayacaq.

Enrike Viktor Osimhenlə Xviça Kvaratsxeliyanın növbəti mövsümdə komandada qalacağına təminat alıb.

Aut.az

 

Exit mobile version