AUT.AZ

Rusların planları pozuldu

Rusiya millisi iyunda yoldaşlıq oyunları keçirməyəcək.

Aut.az xəbər verir ki, Futbol qurumu milli komandaya yoldaşlıq görüşü üçün rəqib tapmayıb. Beləliklə, baş məşqçi Valeri Karpin iyun ayında keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.

İyunun 15-də Kamerunla Moskvada oyun planlaşdırılırdı. Ancaq afrikalılar görüşdən imtina ediblər. Ruslar həmin tarixdə başqa rəqib tapa bilməyib.

Qeyd edək ki, Rusiya millisi qeyri-müəyyən müddətə FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb.

Exit mobile version