AUT.AZ

Son turu izləyən azarkeş sayı bilindi

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu – XXXVI turunu izləyən azarkeş sayı məlum olub.

Aut.az xəbər verir ki, turun oyunlarını ümumilikdə 10 min 150 tamaşaçı stadiondan izləyib.

Ən yüksək göstərici “Qarabağ” – “Turan Tovuz” oyununda (3:1) qeydə alınıb. “Azərsun Arena”da keçirilən görüşdə tribunalarda 4500 fanat yer alıb.

Sumqayıt – Zirə – 0:3 (1200)
Qəbələ – Kəpəz – 1:1 (1200)
Səbail – Şamaxı – 1:0 (1500)
Neftçi – Sabah – 1:0 (1750)
Qarabağ – Turan Tovuz – 3:1 (4500).

Exit mobile version