AUT.AZ

“Siti”nin oyunçusu İbrahimov rəqibinə güləş fəndini belə tətbiq etdi – VİDEO

“Mançester Siti”nin akademiyasında çıxış edən dağıstanlı futbolçu Məhəmməd İbrahimov qarşılaşma zamanı rəqibinə peşəkar güləş fəndi tətbiq edib.

Aut.az xəbər verir ki, ikili mübarizədən sonra rəqib İbrahimovun üzərinə gəlib. O isə buna cavab olaraq əsl güləş fəndi ilə onu havaya qaldıraraq başı üzərindən yerə çırpıb.

Qeyd edək ki, Məhəmməd İbrahimovun qardaşı Əmir İbrahimov da İngiltərədə çıxış edir. O, “Mançester Yunayted”də oynayır və artıq İngiltərənin gənclər komandasına çağırılıb.

Exit mobile version