AUT.AZ

Rövnəq Abdullayevə etiraz, fitə basdılar – VİDEO

Ötən gün Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümünə yekun vurulub.

Aut.az xəbər verir ki, mövsüm, ənənəyə uyğun olaraq mükafatlandırma mərasimi ilə başa çatıb. Tədbirdə medalları komandalara AFFA prezidenti Rövnəq Abullayev və digər rəsmi şəxslər təqdim edib.

Federasiya rəhbərinin adının səsləndirilməsindən sonra tədbirin baş tutduğu “Azərsun Arena”da maraqlı hadisə baş verib. Azarkeşlər Abdullayevi fitə basıblar. Bu proses bir dəqiqəyə qədər davam edib.

Exit mobile version