AUT.AZ

Qurban Qurbanova niyə medal verilməyib? – Rəsmi açıqlama

Məlum olduğu kimi, ötən gün Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünə yekun vuruldu. Ənənəvi olaraq mövsüm mükafatlandırılma mərasimi ilə başa çatdı.

Tədbirdə maraqlı hadisələrdən biri “Qarabağ”la bağlı oldu. Futbolçular və “Qarabağ”ın prezidenti Tahir Gözəl medalını almaq üçün səhnəyə çıxsa da, komandanın çempionluqlarının memarı, baş məşqçi Qurban Qurbanov bunu etmədi. Tədbirdən çəkilən kollektiv fotolarda da 51 yaşlı mütəxəssisin medalsız olduğu aşkar görünür.

Bunun səbəbi nə idi? Aut.az xəbər verir ki, Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev Publika.az-a açıqlamasında məsləyə belə aydınlıq gətirdi:

“Medal alanları səhnəyə biz yox, “Qarabağ” göndərirdi. Bizə deyilən o oldu ki, sıxlıq olmasın deyə, belə istəyirlər. Qurban Qurbanov onsuz da medalını alır. Çünki kluba 45 medal veririk”.

Exit mobile version