AUT.AZ

Pep ona zəng etdi: Psixoloji durumunu qiymətləndirdi ki…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Neymara zəng edib.

Aut.az xəbər verir ki, Pep onun psixoloji durumunu qiymətləndirmək və qarşıdan gələn yay üçün planlarını öyrənmək istəyib. Bu barədə “L’Equipe” məlumat yayıb.

Nəşrin yazdığına görə, Qvardiola ilə telefon danışığı nəzəri cəhətdən PSJ ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədə olan braziliyalının Mançesterə gedən yolunda ilk addım ola bilər. Ancaq Paris klubunun zədəli futbolçudan yaxa qurtarmaq və Neymarın özünün də PSJ-ni tərk etmək istəyinə baxmayaraq, hələlik bu keçid real görünmür.

Birincisi, Neymarla eyni vaxtda bir neçə Premyer Liqa klubu, o cümlədən “Mançester Yunayted”, “Çelsi” və “Nyukasl” maraqlanır. Eyni zamanda, “qırmızı şeytanlar” ən fəaldırlar, prosesə Neymarın Braziliya millisindəki komanda yoldaşı Kazemironu da cəlb ediblər.

İkincisi, Neymar tez-tez zədələnir. Braziliyalı Parisə gəldiyi 2017-ci ildən bəri Fransa klubunun heyətində matçların yalnız yarısında meydana çıxıb.

Nəhayət, Neymarı almaq istəyən klub külli miqdarda təzminat ödəməyə məcbur olacaq. Futbolçunun hüquqlarını almaq öhdəliyi ilə icarə variantını nəzərdən keçirsək belə, riskə getmək istəyənlər çox deyil.

Aut.az

Exit mobile version