AUT.AZ

Bu “yox” deyir, onlar da əl çəkmir

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad” “Real”ın hücumçusu Kərim Benzema ilə maraqlanıb.

Aut.az xəbər verir ki, fransalı hücumçuya böyük məbləğdə müqavilə də təklif edilib.

Ona illik 200 milyon dollar vəd edilib. Ancaq Kərim Madrid klubundan ayrılmaq istəmədiyini bildirib. Səudiyyə Ərəbistanı təmsilçisinin ikinci təklif üzərində işlədiyi deyilir.

Qeyd edək ki, Kərim Benzemanın “Real”la müqaviləsi iyunun 30-da başa çatacaq.

Exit mobile version