AUT.AZ

“Neftçi” azarkeşlərə müraciət etdi, ikibaşlı cavab aldı – FOTO  

Azərbaycan Premyer Liqasının 36-cı turda “Neftçi” “Sabah”ı qəbul edib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” formal xarakter daşıyan son turda “bayquşlar”ı Emin Mahmudovun yeganə qolu ilə məğlub ediblər. Laurentsiu Regekampfın yetirmələri bu mövsüm “Sabah” üzərində ilk dəfə qələbə qazanıblar. Bu qələbə heç bir əhəmiyyət daşımayıb.

Diqqətçəkən hadisə isə oyundan sonra yaşanıb. “Neftçi” sosial şəbəkə hesablarında “Forza Neftçi”yə təşəkkür edib. Bir müddətdir uğursuz çıxışa görə komandanın oyunlarını boykot edən azarkeş qrupuna “Final matçında Sizi yenə gözləyəcəyik” müraciəti edilib. .

“Forza Neftçi”nin bu paylaşıma cavabı isə müəmmalı və bir o qədər də maraqlı olub: “Yenə gələcəyik. Finalda dəstəyimizi daha yaxından “Hiss” edəcəksiniz”.

Bu sözləri çılğınlığıyla seçilən pis və yaxşı gündə “Neftçi”nin yanında olan fanatlardan rəhbərliyə və komandaya olan xəbərdarlıq mesajı kimi də qəbul etmək olar.

Qeyd edək ki, “Neftçi” iyunun 3-də keçiriləcək Azərbaycan kubokunun final matçında “Qəbələ” ilə qarşılaşacaq.

Exit mobile version