AUT.AZ

Kanada dünya çempionu oldu

Xokkey üzrə dünya çempionatı yekunlaşıb.

Aut.az xəbər verir ki, finalda Kanada və Almaniya yığmaları üz-üzə gəlib. Kanada hesabda iki dəfə geri düşsə də, oyunda tarazlığı bərpa edib və 3-cü hissədə rəqibini təslim edib – 5:2.

Kanada 28-ci dəfə dünya çempionu olub. Almaniya isə ilk dəfə gümüş medal qazanıb.

Bürünc medalı isə ABŞ yığmasını overtaymda məğlub edən Latviya qazanıb – 4:3.

Aut.az  

 

Exit mobile version