AUT.AZ

İdmançımız mübarizəni dayandırdı

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Aut.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb.

Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi.

Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.

Exit mobile version