AUT.AZ

Getdiyini elan etdi: Bezmişəm, istirahət lazımdır

“Napoli”nin baş məşqçisi Luçano Spaletti futboldan bezdiyini və karyerasına fasilə verdiyini etiraf edib.

“Bəzən ən böyük sevgidən də ayrılmalısan. İndi “Napoli”nin layiq olduğu hər şeyi verməyə hazır deyiləm. Mənə bir az istirahət lazımdır, bezmişəm, özümü yorğun hiss edirəm.

Bir müddət ara verməliyəm. “Napoli”ni və başqa heç bir komandanı çalışdırmayacağam, bir illiyə gedirəm”, – Spallettidən “Football Italia” sitat gətirib.

Mətbuatın yazdığına görə, Spalettinin gedişinə səbəb Neapol klubunun prezidenti Aurelio De Laurentslə fikir ayrılığıdır.

Aut.az

Exit mobile version